
Azərbaycanın gənclərdən ibarət yığması (U-21) Antalyada təlim-məşq toplanışında bu gün növbəti yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Matçda qol səsi eşidilməyib.
U-21 martın 22-də təlim-məşq toplanışı çərçivəsində Moldovaya qalib gəlib (2:0).