
Haiti ilə yoldaşlıq görüşündə daha 3 futbolçu Azərbaycan millisinin heyətində debüt edib.
Sportinfo.az xəbər verir ki, Xəyal Əliyev, Səbuhi Abdullazadə və Rəhman Daşdəmirov sonradan meydana daxil olublar.
Adıçəkilən futbolçular karyeralarında ilk dəfə A millinin formasını geyiniblər.
Bununla onlar yığmanın heyətində meydana çıxan futbolçu sayını 273-ə çatdırıblar. Əliyev, Abdullazadə və Daşdəmirova qədər 46 futbolçu millimizin heyətində 1 oyunda iştirak etməklə kifayətlənib.
Oyun sayında rekordçu Rəşad Sadıqovdur. Sabiq kapitan yığmada 111 görüş keçirib.