
Azərbaycan millisinin baş məşqçisi Haiti ilə yoldaşlıq oyunundan sonra dediyi fikirləri təkzib edib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis üç gün əvvəlki fikirlərinin düzgün başa düşülmədiyini bildirib.
0:3 hesablı yenilgidən sonra komandanın meydana məğlub olmaq üçün çıxdığını da deyən mütəxəssis həmin sözlərə fərqli izah verib:
“Mən belə açıqlama verməmişəm. Sadəcə dedim ki, meydana girdik və dərhal məğlub olmağa başladıq.
Sonra əlavə etdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, ancaq epizodları konkretləşdirə bilmədik”.
Santuş bildirib ki, həmin görüşdən sonra komandanın tez təslim olmasına işarə vurub: “İkinci hissədə dəyişiklik etmək istəsək də, qapıda ikinci qolu gördük.
Bundan sonra isə komanda təslim oldu. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.
Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qələbə qazana bilsinlər.