
Belarus yığmasının kapitanı Sergey Politeviç Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Tacikistanı 5:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq matçına da toxunub.
Futbolçu həmin qarşılaşmanı artıq unutduqlarını bildirib:
“Tacikistan üzərində qələbə komandamız və ölkəmiz üçün çox önəmli idi. Hesabın neçə olmasının əslində heç bir əhəmiyyəti yoxdur.
Buludlara qalxmaq lazım deyil. Təbii ki, xoşbəxtik, amma təhlil zamanı baş məşqçi Tacikistanla oyunu unutmağımızı xahiş etdi.
Kollektiv olaraq artıq Azərbaycanla matçı düşünürük. Düzdür, baş məşqçimiz Karlos Alos heyəti sirr saxlamır.
Ancaq mən bu dəfə kimlərin oynayacağını deməyəcəyəm. Səfərdə çıxış etməyimizə baxmayaraq, meydana qələbə üçün çıxacağıq”.
Bu gün “Bank Respublika Arena”da keçiriləcək Azərbaycan – Belarus oyunu saat 21:45-də başlayacaq.