Azərbaycanda Rəşad Sadıqova çata bilən olacaq?

25 Mart 18:10 Milli komanda 310
Azərbaycanda Rəşad Sadıqova çata bilən olacaq?

Haiti ilə keçirilən yoldaşlıq görüşü uğursuz nəticələnsə də (0:3), Azərbaycan millisinin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev və yarımmüdafiəçi Toral Bayramov yığmamızın heyətində 30-cu matçlarını keçiriblər.

Bununla onlar İlqar Qurbanov və Ruslan Musayevin göstəricisini təkrarlayıblar.

Məhəmmədəliyevlə Bayramov həm də milli forma altında 30 və ya daha çox oyun keçirən müvafiq olaraq, 54-55-ci futbolçular olublar.

Toral geridə qalan müddətdə 4 qol vurubsa, Məhəmmədəliyev 42 top buraxıb.

Millinin heyətində oyun sayında rekordçu 111 matçla Rəşad Sadıqovdur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!