“Çox yaxşı futbolçularınız var, xüsusilə də "Qarabağ"da çıxış edənlər”

25 Mart 15:40 Milli komanda 480
“Çox yaxşı futbolçularınız var, xüsusilə də "Qarabağ"da çıxış edənlər”

Belarus millisinin müdafiəçisi Kirill Peçenin Azərbaycanla yoldaşlıq oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, yığmamızla daha əvvəl keçirilən yoxlama maçtlarını xatırlayan futbolçu burada "Qarabağ"ın bir neçə üzvünün çıxış etdiyini və rəqiblərinin yaxşı komanda olduğunu bildirib:

"Azərbaycanla Minskdəki oyunumuz çoxdan olub. Amma Bakıdakı matçı çox yaxşı xatırlayıram.

Rəqib komandanın heyətində çox yaxşı futbolçular var. Xüsusilə də "Qarabağ"da çıxış edən oyunçuları qeyd edərdim.

Avropada çıxış etdikləri üçün böyük təcrübəyə sahibdirlər. Bizi çətin oyun gözləyir.

"Süni ot örtüklü meydança yoxsa təbii" sualına isə Peçenin belə cavablandırıb:

"Əlbəttə, təbii ot örtüklü meydança daha yaxşıdır. Ancaq Belarusdakı mövcud şəraitlə əlaqədar olaraq, bütün oyunçular hər iki meydançaya öyrəşiblər".

Azərbaycan - Belarus oyunu bu gün saat 21:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!