
"Məncə, Emin Mahmudovun son vaxtlar "Neftçi"nin heyətində göstərdiyi oyunlara baxdıqda, milliyə dəvət olunan oyunçuların arasında o da olmalıydı ".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in sabiq çalışdırıcısı Adil Şükürov deyib.
Hazırda işsiz olan mütəxəssis Fernandu Santuşun adıçəkilən yarımmüdafiəçini yığmanın düşərgəsindən kənarda saxlamasına təəccüblənib:
"Emin Mahmudov millidə bombardirlər siyahısında birinci ola bilər. Mən onda bu keyfiyyəti və istəyi görürəm.
Emin hər bir halda milliyə dəvət almalı idi. O, indiyədək bu komandaya çox xeyir verib.
Fikrimcə, Emin hələ bir neçə il də millinin formasını geyinmək gücündədir. Yəqin ki, Fernandu Santuş onu qarşıdakı oyunlara dəvət edəcək".