.jpg)
"Sadəcə olaraq hamılıqla qələbəyə inanmalıyıq".
Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusla matçdan öncə deyib.
O bildirib ki, yığmanın hər oyunda qələbə imkanı olur:
“Ümid edirəm ki, ilk qələbə sabahkı oyunda olacaq. Nəyi düzgün etmədiyimizi anlamalı və onu növbəti oyunda düzəltməliyik.
Oyunçular hər zaman qələbəyə istəkli olmalıdır. Bir futbol mütəxəssisi olaraq deyə bilərəm ki, komanda daha iti davranmalıdır.
Əgər bunları edə bilsək, qələbə bizə yaxın olacaq".
Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.