“Qarabağ” belaruslu müdafiəçinin yadına düşdü, dedi ki...

25 Mart 00:40 Milli komanda 198
“Qarabağ” belaruslu müdafiəçinin yadına düşdü, dedi ki...

Belarus millisinin futbolçusu Kiril Peçenin Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi millimiz haqda bunları deyib:

"Azərbaycana qarşı Minskdəki görüş çoxdan keçirilib. Amma Bakıdakı görüşü çox yaxşı xatırlayıram.

Rəqibin heyətində çox yaxşı oyunçular var. Xüsusilə də, “Qarabağ”ın futbolçuları var, avrokuboklarda oynayırlar.

Bizi çətin görüş gözləyir. Bunu yaxşı başa düşürük".

Azərbaycan - Belarus görüşü bu gün "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!