"Allah qoysa, qazanarıq"

25 Mart 00:30 Milli komanda 174
"Allah qoysa, qazanarıq"

"Son oyunu uduzmuşuq.

Ümid edirəm ki, qarşıdakı matçda həmin nəticəni unutdurarıq.

Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Səbuhi Abdullazadə Belarusa qarşı keçiriləcək matç haqda deyib.

- Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısız ki, tənqid olunmayasız?

- Ağır nəticə oldu. Belə olmasını istəməzdik. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik.

- Təcrübəlilər sənə dəstək olur?

- Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi.

- Belarus və Haiti nə dərəcədə fərqlənir?

- Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!