Sumqayıtdakı fiaskonun Masazırda davam etməməsi üçün YEGANƏ ÇIXIŞ YOLU!

25 Mart 16:05 Milli komanda 348
Sumqayıtdakı fiaskonun Masazırda davam etməməsi üçün YEGANƏ ÇIXIŞ YOLU!

Bu gün Azərbaycan millisi 2025-ci ildə ikinci matçına çıxacaq.

Budəfəki rəqib Belarus yığmasıdır. Yenə uyğun rəqib, qələbə üçün münasib məqam.

İlin ilk sınağında Haitidən sərt "sillə" alan (0:3) Fernandu Santuşun yetirmələri heç olmasa bu dəfə qələbə qazanmağa məhkumdur.

Bunun üçün ilk növbədə portuqaliyalı mütəxəssisin heyət seçimi yerində olmalıdır.

Əcnəbi çalışdırıcı Haiti ilə görüşdəki anlaşılmaz qərarlarından əl çəkməlidir.

Bu mövsüm keçirdiyi 14 görüşdə stoper mövqeyində çıxış edən Rahil Məmmədovun sağ cinah müdafiəçisi kimi çıxış etməsi...

Hazırda mövqeyinə görə ən yaxşı formada olan yerli futbolçu Elvin Camalov varkən "Qarabağ"da ehtiyat skamiyanın daimi sakininə çevrilən Aleksey İsayevin əsas heyətdə yer alması...

Gənc Rza Cəfərov yaxşı formada olduğu halda, enişli-yoxuşlu mövsüm keçirən Şahruddinin çərçivəni qoruması...

Daha təcrübəli Renat Dadaşov yox, Nəriman Axundzadənin ilk 11-likdə meydana çıxması kimi absurd qərarlardan vaz keçməyin zamanıdır.

Əks halda, Sumqayıtdakı fiasko Masazırda da davam edəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!