"Hələ nəsə etməmişik, eyforiyaya qapılmaq lazım deyil"

25 Mart 15:15 Milli komanda 222
"Hələ nəsə etməmişik, eyforiyaya qapılmaq lazım deyil"

Azərbaycan U-21 millisinin müdafiəçisi Ayxan Süleymanlı Sportinfo.az-a açıqlama verib.

Kapitan ilk olaraq Moldovadan olan həmyaşıdlarını məğlub etdikləri (2:0) yoxlama matçından danışıb:

"Çox çətin oyun keçdi. Əsas odur ki, sonda qalib gəldik.

Bizim üçün vacib oyun idi. Qarşıdan yeni seçmə mərhələ gəlir.

Məşqçilər korpusu və uşaqlar da yenidir. Hər birimizə uğurlar arzu edirəm.

Eyforiyaya qapılmaq lazım deyil. Hələ nəsə etməmişik.

Qarşıda daha bir oyunumuz var. Həmin görüşə köklənmişik.

Yoxlama görüşləri hazırlıq xarakteri daşıyır. Əsas məqsədimiz seçmə oyunlara hazır olmaqdır".

"Sumqayıt"ın üzvü yeni baş məşqçi Ayxan Abbasovun əsas tələblərindən də söz açıb:

"Ayxan müəllim öz taktikasını bizə aşılayır. Təbii ki, zaman lazımdır. Hələ bir neçə gündür bir yerdəyik. Kollektiv çox istəkli idi. Bunu meydanda da göstərməyə çalışdıq.

Hansı sistemdə çıxış edəcəyimizi ilk gündən bizə başa salır. Təbii ki, milli ruhu yüksəltməyə də xüsusi önəm verir. Hər zaman bu yöndə söhbətlər edir.

Ayxan müəllimi hamımız tanıyırıq. Mübariz olmağı, ağıllı davranmağı tələb edir. Biz də hər birimiz həvəsliyik. Tapşırıqları maksimum icra etməyə çalışırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!