“Azərbaycan yığması üzərində qələbə əziyyətimizin bəhrəsi idi”

24 Mart 11:55 Milli komanda 219
“Azərbaycan yığması üzərində qələbə əziyyətimizin bəhrəsi idi”

Haiti millisi yoxlama oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olub - 0:3.

Sportinfo.az xəbər verir ki, rəqib komandanın yarımmüdafiəçisi Reverton Pyer həftə ərzində çox məşq etdiklərini və bu qələbənin bunun bəhrəsi olduğunu bildirib:

“Həftə ərzində çox məşq etmişdik. Düşünürəm ki, bu qələbə əziyyətimizin bəhrəsi idi.

Maraqlı oyun alındı. Yaxşı müdafiə olunduq.

Qol buraxmadan layiqli qələbə qazandıq. Azərbaycan millisinin bəzi yüksək cəhətləri var.

Sadəcə olaraq, biz bu gün daha intensivlik nümayiş etdirdik. Daha yaxşı oynadıq.

Xüsusən, rəqibin sol cinahı daha intensiv idi. Sadəcə, onların günü deyildi. Daha yaxşı oynadıq və qələbə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!