Millimizdə ANARXİYA! Özbaşınalıq baş alıb gedir... VİDEO

24 Mart 09:25 Milli komanda 1 525
Millimizdə ANARXİYA! Özbaşınalıq baş alıb gedir... VİDEO

Azərbaycan millisi Sumqayıtda keçirilən yoldaşlıq görüşündə Haiti futbolçularına 0:3 hesabı ilə məğlub olmaqla bərabər, oyunun 84-cü dəqiqəsində azlıqda qalıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Elvin Cəfərquliyev bir dəqiqə ərzində iki dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bu, Azərbaycan millisinin son 13 matçda 4-cü qırmızı vərəqəsidir.

2023-cü ilin noyabrında İsveçlə oyunda Bəhlul Mustafazadə, Belçika ilə qarşılaşmada Eddi İsrafilov və 2024-cü ilin noyabrında Slovakiya ilə matçda isə Mahir Emreli komandanı azlıqda qoyublar.

Elvin Cəfərquliyev ötən il beynəlxalq yarışlarda 3 qırmızı vərəqə alıb. O, "Braqa", "Bayer" və "Ayaks"la oyunlarda "Qarabağ"ı azlıqda qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!