Azərbaycanda onları kim(lər) milyonçu edir? - Yarımçıq yazı

24 Mart 16:30 Milli komanda 1 049
Azərbaycanda onları kim(lər) milyonçu edir? - Yarımçıq yazı

Azərbaycan millisinin Haiti seçməsinə məğlubiyyətinə görə hədəf yenə futbolçular seçilib.

Ki, ayaqları top tutmur, milli ruh anlayışları sıfırdır, meydanda can qoymurlar və sair.

Milli komandaya cəlb olunan futbolçuların böyük əksəriyyətinin həyat səviyyəsindən yəqin ki, xəbərdarsınız.

23-24 yaşa çatana qədər Bakının mərkəzində evə sahiblənir, mənzilində dayə saxlayır, altına lüks maşın alıb qoyur, hələ birini də sevgilisinə, ya da həyat yoldaşına təşkil edir, brend butiklərdən geyinir, elit təbəqə üçün nəzərdə tutulmuş restoranlarda qidalanırlar.

2020-ci ildən bu yana beynəlxalq səviyyədə futbol oynamağa başlayan Elvin Cəfərquliyevlə Toral Bayramovun, futbolçu həyatı 3-5 il sürən Ramil Şeydayevin, Avropa miqyasında orta səviyyəni keçməyən Emin Mahmudovun varidatı və yaşadığı həyatla nazir, biznesmen balasının güzəranı arasında fərq yoxdur.

Hə, keçək əsas suallara.

Kim verib onlara o qədər pulu?

Niyə verib?

Azərbaycan futbolu adına nə ediblər?

Söhbət “Qarabağ”ın uğurlarından gedirsə, burada əsas səbəbkar legionerlərdir. Yerlilərin əsl səviyyəsi yığmanın oyunlarında görünür.

Bir də AFFA-nın binasına qəfil baxış keçirək.

Nə qədər kadr işləyir orda?

Nə edirlər?

Hansı yollarla iə götürülüblər?

Nə qədər maaş alırlar?

Ölkə futbolunun inkişafı üçün etdikləri nələrdən ibarətdir?

Vəssalan.

Davamını gətirməyə əsəblərim imkan vermir. Yazı burda bitir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!