.jpg)
Sumqayıtda yoldaşlıq görüşündə Haiti futbolçularına 0:3 hesabı ilə uduzan Azərbaycan millisi 2025-ci ilə məğlubiyyətlə başlayıb.
Sportinfo.az xəbər verir ki, bununla Fernandu Santuşun rəhbərlik etdiyi komandanın qələbəsiz seriyası 7 oyuna çatıb.
Həmin matçlardan 6-da uduzan milli yalnız ötən ilin noyabrında Qəbələdə Estoniya ilə qarşılaşmada heç-heçə edə bilib (0:0).
Azərbaycan komandası sonuncu dəfə 2024-cü ilin iyununda Qazaxıstanla yoldaşlıq görüşündə qələbə qazanıb - 3:2. Onda millinin baş məşqçisi vəzifəsini Arif Əsədov icra edirdi.