Cəzalandı, Azərbaycan millisinin heyətindən uzaqlaşdırıldı - FOTO

23 Mart 23:20 Milli komanda 578
Cəzalandı, Azərbaycan millisinin heyətindən uzaqlaşdırıldı - FOTO

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli məlumat yayıb.

Onun sözlərinə görə, buna futbolçunun dünən Haiti yığmasına qarşı oyunda qırmızı vərəqə alması səbəb olub:

"Haiti ilə beynəlxalq yoldaşlıq görüşü FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu oyunda rəsmi matçlarda tətbiq olunan qaydalar keçərli idi.

Bu səbəbdən Elvin Cəfərquliyev növbəti yoldaşlıq oyununda forma geyinə bilməz. O, dünənki qarşılaşmadan sonra milli komandanın düşərgəsindən yola salınıb".

E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girişərək, sarı vərəqə alıb.

Buna görə referini ironik alqışlayan Elvin dərhal qarşısında ikinci "sarı"nı görüb və avtomatik qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.

Yığmamız növbəti oyununu martın 25-də Belarusa qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti