.jpg)
Pyerro üçün Azərbaycanı sevimli ölkə hesab etmək olar.
Söhbət Haitinin forvardından gedir.
20 nömrə milli komandamızla yoxlama görüşündə dubulla yadda qaldı.
Forvard darmadağınla qələbə qazandıqları (3:0) matçda 9 və 63-cü dəqiqələrdə komandasının ilk iki qolunu vurmaqla adını tabloya yazdırdı.
Bu hələ harasıdır...
Cüssəli hücumçu ötən yay da Bakıda şou göstərmişdi.
Söhbət "Sabah"ın İsrail təmsilçisi "Makkabi" ilə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündən gedir.
Hazırda Yunanıstanda AEK-in şərəfini qoruyan haitili həmin dönəm "Makkabi"nin hücum xəttində yer alırdı.
Masazırda keçirilən qarşılaşmada Pyerro 120 dəqiqə meydanda olub.
Qonaqların əsas vaxtda 6:3 hesablı qələbəsi ilə bitən görüşdə 67 və 90-cı dəqiqələrdə fərqlənə bilib.
Məhz onun əsas vaxtın son saniyələrində qol vurması görüşdə əlavə vaxtın oynanılmasına yol açmışdı.
Həmin görüşdə tanış sima oyun boyu Amin Seydiyevə bəlkə də karyerasının ən çətin anlarını yaşatmışdı.
Görünür, bu səbəbdən Fernandu Santuş bu dəfə müdafiəçini ehtiyatda saxlamışdı.
Amma nə fayda?
Pyerro Seydiyevin yoxluğunda millinin müdafiə xəttində yer alan digər müdafiəçilərə də eyni aqibəti yaşatdı.
Çevik, sürətli ön xətt oyunçusu vurduğu 2 qoldan əlavə bir çox epizodlarda əməlli-başlı baş ağrısı ola bildi.
XANOĞLAN / SPORTİNFO.AZ