
“Köhnə hamam, köhnə tas!
Bu nə biabırçılıqdır..?
Rəqib Haiti yığmasını xahiş-minnətlə təyyarə göndərib Azərbaycana dəvət edirik, onlar da 3 top vurub gedirlər.
Nə strategiya var, nə də ki milli təəssübkeşlik! Görəsən, futbolçularımızda utanma hissi nə qədərdir?
Utanmasan, oynamağa nə var ki…
Fernandu Santuş da utanmaz-utanmaz desin ki, hədəf AVRO-2028-dir. Bəsdirin, azarkeşləri, ölkəni lağa qoyduz! Yerimizdə saymağa davam…”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist yoldaşlıq görüşləri çərçivəsində Azərbaycan millisinin Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzduğu qarşılaşmadan danışıb.
Millinin baş məşqçisi və futbolçuları “ağ yuyub, qara sərən” tanınmış jurnalist AFFA rəhbərliyini təcili qərar verməyə səsləyib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN