Bu, qətiyyən YAXŞI XƏBƏR olmadı - Futbolumuz adına

23 Mart 01:20 Milli komanda 480
Bu, qətiyyən YAXŞI XƏBƏR olmadı - Futbolumuz adına

Azərbaycanın mövsümü UEFA reytinqində 29-cu pillədən aşağıda başa vuracağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, ölkəmiz hazırda qərarlaşdığı 30-cu pillədən yuxarı qalxa bilməyəcək.

Bu, qitə kuboklarında təmsilçisi qalmayan futbolumuz üçün son 11 ilin antirekordudur. Azərbaycan sonuncu dəfə 2014-cü ilin yayında 29-cu pillədən aşağı sırada olub.

Həmin vaxt qrup mərhələsində təmsil olunmayan ölkəmiz 32-ci yeri tutub.

“Qarabağ”ın 2014/15 mövsümündə Avropa Liqasının qrupuna düşməsindən sonra başlayan uğurlu 10 ildə ölkəmiz 23-29-cu yerlərdə qərarlaşıb. Bu dəfə isə həmin nəticələr də mümkün olmayıb.

Avrokuboklarda 1994-cü ildə debüt edən Azərbaycanın rekordu 23-cü yerdir. Bu, 2017/18 mövsümünün sonunda qeydə alınıb.

19,625 xala malik ölkəmizdən aşağı pillələrdə qərarlaşanlardan yalnız Bosniya və Herseqovinanın (13,031 xal) təmsilçisi qalıb.

Azərbaycanın mövsümün sonunda UEFA reytinqində qərarlaşdığı mövqe

2013/14 - 32-ci yer

2014/15 - 29-cu yer

2015/16 - 26-cı yer

2016/17 - 26-cı yer

2017/18 - 23-cü yer

2018/19 - 26-cı yer

2019/20 - 26-cı yer

2020/21 - 26-cı yer

2021/22 - 26-cı yer

2022/23 - 29-cu yer

2023/24 - 28-ci yer

2024/25 - 30-cu yer

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas