
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan və Albaniya ilə oyunlar üçün yığmaya çağırılanlar arasında 16 yaşlı hücumçu Uilyam Qranyer də olub.
Britaniya mətbuatı onu ölkənin gələcəyi hesab edir. Yerli KİV forvard üçün yolun başlanğıcının Azərbaycanla qarşılaşma olduğunu yazıb:
“Uilyam Qranyer Uels üçün yeni Rayan Giqqz olmağa ən real namizəddir. O, gələcəyin parlaq ulduzudur.
Qranyer 16 yaşı olmasına baxmayaraq, artıq əsas millidə yer almağa belə layiqdir.
Azərbaycanla oyun uğurlu gələcək yolunda ilk addım olacaq. Ölkənin ona ümidi böyükdür”.