Azərbaycan millisinin rəqibi - 100-ə nə qaldı?

23 Mart 02:50 Milli komanda 293
Azərbaycan millisinin rəqibi - 100-ə nə qaldı?

Azərbaycan millisinin DÇ-2026 seçmə turnirindəki rəqibi Ukrayna komandası rəsmi oyunlarda 90-cı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, rəqibimiz UEFA Millətlər Liqası pley-offunda Belçika ilə qarşılaşmada geridönüş edərək 12 dəqiqəyə üç qol vurub və qələbə qazanıb (3:1).

Ukrayna, final və seçmə turnirləri də daxil olmaqla, dünya çempionatlarında 40, Avropa çempionatlarında 39 və Millətlər Liqasında 11 qələbə qazanıb.

Bu uğurlu nəticələrdən 10-u hazırkı baş məşqçi Sergey Rebrovun rəhbərliyi ilə əldə edilib.

Belçika ilə matçda "Brentford"un 21 yaşlı yarımmüdafiəçisi Yehor Yarmolyuk millidə debüt edib.

Qarşılaşma "Arsenal"ın yarımmüdafiəçisi Oleksandr Zinçenko üçün Ukrayna yığmasında 70-ci, "Olimpiakos"un hücumçusu Roman Yaremçuk üçün isə 60-cı olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 22:05 "Problem olmayacaq"
March
2025
SunMonTueWedThuFriSat