
Bu gün Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.
Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Matç saat 21:45-də start götürəcək.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.
21:45. Azərbaycan – Haiti 0:3
Qollar: Pyerro, 9, 62, Yan Yaskes, 82
Baş hakim: Kadir Sağlam.
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta.
Dördüncü hakim: Fərid Hacıyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 10. Mahir Emreli, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 23. Rza Cəfərov, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 8. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 11. Ağadadaş Salyanskiy, 14. Xəyal Əliyev, 16. Elvin Camalov, 18. Səbuhi Abdullazadə, 21. Mert Çelik, 22. Musa Qurbanli, 24. Zamiq Əliyev, 25. Şahin Şahniyarov.
Baş məşqçi: Fernando Santos.
Haiti: 1. Pyerr, 8. Eksperiens, 4. Ade (k), 22. Duverne, 2. Arkus, 17. Jan-Yaskes, 14. Pyerr, 21. Attis, 20. Pyerro, 10. Don Dedson, 9. Nazon.
Baş məşqçi: Sebastyen Minye.