
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.
"Cornelia” Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.
U-21 bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib.
Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanmışdı. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.
Azərbaycan (U-21) - Moldova (U-21) - 2:0
Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25