Bakıya elə-belə gəlmirlər...

08:30 Milli komanda 348
Bakıya elə-belə gəlmirlər...

Martın 25-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması tarixi rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, belaruslular Tacikistanla qarşılaşmada buna nail olublar.

Düşənbədə keçirilən yoldaşlıq görüşü qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla Belarus millisi tarixinin ən böyükhesablı qalibiyyət rekordunu təkrarlayıb. Komanda daha əvvəl üç dəfə bunu bacarıb.

1998-ci ildə Litva, 2018-ci ildə isə San Marino seçməsinin qapısından 5 cavabsız top keçirən belaruslular 2014-cü ildə Tacikistan yığmasını 6:1 hesabı ilə məğlub ediblər.

Tacikistandakı görüş daha bir əlamətdar hadisə ilə tarixə düşüb. Belə ki, Belarus millisi ən böyükhesablı səfər qələbəsini qazanıb.

Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti