
Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan ilə keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis çağırdığı futbolçulara güvəndiyini söyləyib.
49 yaşlı çalışdırıcı heyətlə bağlı bəzi problemlərə baxmayaraq, qələbə qazanmağa çalışacaqlarını deyib:
“Çağırdığım 24 futbolçunun hamısı fəaldır. Ən azı həftəsonundan sonra başqa xəbər yoxdur.
Aydındır ki, müxtəlif çempionatlarda turdan sonra futbolçuların toplanışa gələ bilməyəcəyi bəzi nüanslar, zədələr və digər obyektiv səbəblər yarana bilər.
Sərəncamımızdakı bu heyətlə iki oyun keçirəcəyik. Hər iki matç bizim üçün olduqca vacibdir.
Bizim üçün maraqlı səfər olacaq. Əvvəlcə Düşənbə, ardından isə Bakıya gedəcəyik.
Tez-tez yol qət edəcəyik. Buna baxmayaraq, həm Tacikistan, həm də Azərbaycan önünə iddialı çıxacağıq”.