
Azərbaycan millisi tarixində ilk dəfə Haiti ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, KONKAKAF təmsilçisi ilə yoldaşlıq oyunu martın 22-də keçiriləcək.
Bununla da Haiti yığmamızın tarixində 72-ci rəqib olacaq. İlk rəsmi matçına 1992-ci ildə çıxan millimiz indiyədək 71 fərqli komanda ilə üz-üzə gəlib.
Haiti KONKAKAF-dan olan 5-ci rəqibimizdir. Bunadək millimiz Trinidad və Tobaqo, ABŞ, Kanada və Hondurasla görüşüb.
Haiti ilə matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.