Ölkəmizə gələn 15 yaşlı istedad: “Özümdən böyüklərə qarşı çıxış etmək gücündəyəm”

21 Mart 01:20 Milli komanda 251
Ölkəmizə gələn 15 yaşlı istedad: “Özümdən böyüklərə qarşı çıxış etmək gücündəyəm”

Haiti millisinin futbolçusu Emerson Less tarixə düşə bilər.

Sportinfo.az xəbər verir ki, o, martın 22-də Azərbaycan yığması ilə yoldaşlıq görüşündə meydana çıxsa, ölkəsində yeni rekorda imza atacaq.

Belə ki, Emerson Sumqayıtdakı qarşılaşmada iştirak edərsə, 15 yaşında A millidə debut etmiş olacaq. Bununla da Haiti millisinin ən gənc simasına çevriləcək.

Yamaykada “Maunt Plezent Akademiyası”nda çıxış edən Less bununla bağlı təəssüratlarını bölüşüb.

Oyunçu həyəcanını gizlətməyib: “15 yaşımda əsas milliyə çağırıldığım üçün çox həyəcanlıyam. Həqiqətən də xoşbəxtəm və ailəm çox qürurludur.

Çıxış etdiyim Yamayka çempionatında fiziki cəhətdən güclü olan futbolçular var. Bu da mənim inkişafıma təkan verir.

Qarşıdakı yoldaşlıq görüşünə də özümü hazır sayıram. Özümdən qat-qat böyüklərə qarşı çıxış etmək gücündə olduğumu düşünürəm”.

Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi