
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.