Yığmamız albanlardan ağır məğlubiyyət aldı - 6-cı qrupda

00:40 Milli komanda 113
Yığmamız albanlardan ağır məğlubiyyət aldı - 6-cı qrupda

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.

B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gəlib. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub.

Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Evangelos Qyoka het-trik edərək komandamızın məğıubiyyətində əsas rol oynayıb. Millimizin heyətində yeganə qolun müəllifi Tunar Rzayev olub.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.

Azərbaycan – Albaniya 1:4
Qollar:
Tunar Rzayev, 47 - Evangelos Qyoka, 7; 53; 64. Qabriel Kulla, 76
Baş hakim: Ceremi Müller (Lüksemburq)

Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)

Dördüncü hakim: Michele Beltrano (San Marino)

Elbasan Arena.

Digər Xəbərlər
Xəbər Lenti