Cənab, bu oğlan milliyə çağrılmaq üçün başqa nə etməlidir? - MÜƏMMALI OLAY!

11:40 Milli komanda 336
Cənab, bu oğlan milliyə çağrılmaq üçün başqa nə etməlidir? - MÜƏMMALI OLAY!

"Səbail" uğursuz mövsüm keçirsə də, eyni sözləri kapitan Rüfət Abdullazadə barədə demək olmaz.

Şahin Diniyevin yenidən futbola qaytardığı vinger hər keçən gün inkişafdadır.

Onun arxada qalan 27 turda aktivinə 5 qol, 4 məhsuldar ötürmə yazdırması təsadüf deyil.

Təəssüf ki, milli komandanın baş məşqçisi Fernandu Santuş "11 nömrə"ni növbəti dəfə görməzdən gəldi.

Haiti və Belarus milliləri ilə yoxlama matçları üçün hətta Birinci Liqadan heyətə oyunçu cəlb edilsə də Abdullazadə növbəti dəfə yada düşmədi.

Amma bu münasibət də 24 yaşlı futbolçunun futbol həvəsini söndürə bilmədi.

Onun qərardan 2 gün sonra "Neftçi" ilə oyunda göstərdiyi əla performans belə düşünməyə əsas verir.

Vurduğu mükəmməl qolla komandasına ümid gətirdi.

Bir neçə yaxşı reydi diqqətdən qaçmadı.

Ofsayd səbəbindən ləğv edilən penalti epizodunda da illərin təcrübəsi Mustafa Seki çarəsiz durumda qoyub, komandasına 11 metrlik cərimə zərbəsi qazandıran o idi.

Qarşılaşmanı izləyənlər arasında portuqaliyalı mütəxəssisin yer alıb-almadığını bilmirəm.

Amma qarşıma çıxsaydı mütləq soruşardım - Cənab Santuş, bu adam başqa nə etməlidir ki, ölkənin bir nömrəli komandasının qapıları üzünə açılsın?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti