
Ayxan Abbasov artıq iki yerdə çalışmaqdadır.
AFFA-nın dəvətini qəbul edən mütəxəssis U-21-in sükanı arxasına keçib.
Federasiya 43 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlayıb.
O, gəncoər yığmasıyla yanaşı, «Şamaxı»dakı işini davam etdirəcək. 2024-cü ilin iyununda «şirlər»in sükanı arxasına keçmiş Abbasov minimum daha 1 il burada fəaliyyət göstərəcək.
AFFA rəhbərliyinin bu seçimi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində müzakirə olunub.
Ekspert Emin Abbasov U-21-in həmsoyadına tapşırılmasına müsbət yanaşıb. O, A.Abbasovun uğurlu məşqçi kimi ad çıxardığını, millidə də yaxşı nəticələr göstərəcəyinə inandığını söyləyib.
Tanınmış teleşərhçi bildirib ki, komandanı qarşıda Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir və yeni çalışdırıcı bu çətin sınaqdan üzüağ çıxmaq üçün əlindən gələni əsirgəməyəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN