AFFA-dan SÜRPRİZ ŞƏXSə gözlənilməz təklif - Gəl, millidə tərcüməçi işlə!

16 Mart 18:40 Milli komanda 794
AFFA-dan SÜRPRİZ ŞƏXSə gözlənilməz təklif - Gəl, millidə tərcüməçi işlə!

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun tərcüməçi problemi davam edir.

Əbəs deyil ki, sonuncu mətbuat konfransında portuqaliyalı mütəxəssislə media arasında rabitəni “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev həyata keçirdi.

Daha əvvəl bu missiyanı “Qarabağ”ın əməkdaşı Elvar Quliyev də yerinə yetirib. Amma AFFA rəsmilərinin bu yöndə axtarışları da dayandırılmayıb.

Federasiya mənsubları son olaraq Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Samir Abdulova müraciət edib.

Hazırda məşqçi kimi çalışan veteran futbolçu ilə danışıqlar uğurlu sonluqla bitməyib.

Abdulov ingilis və ispan dilini bilir. Federasiya mənsublarına isə həm də portuqal dilinin lazım olduğunu bildirincə tərəflərin danışıqları bitmiş olub.

Maraq üçün bildirək ki, Abdulov Sumqayıt futbolunun yetirməsidir. O, daha çox “Karvan”dakı çıxışı ilə məhşurlaşıb.

Yevlax təmsilçisindən başqa “Karvan”, AZAL, “Simurqa”, “Gənclərbirliyi” və “Rəvan” klublarında çıxış edib.

Bütün yaş qrup milli komadalarımızın da formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti