
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın qapıçısı Rauf Əyyubov zədələndiyi üçün onun yerinə “Neftçi”dən Məhdi Həsənov milliyə dəvət olunub.
U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.