
Məlum olduğu kimi, dünən Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Bu vəzifə "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşırılıb.
Qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlanıb. Abbasovla 2 illik müqavilə imzalanıb.
Buna qədər U-21 millimizi Samir Əliyev çalışdırırdı.
İndi çoxunu bu sual maraqlandırır - görəsən, Ayxan Abbasovun köməkçiləri kim olacaq?
Saytımız bu yöndə məlumat əldə edə bilib. Redaksiyamızın araşdırmasına görə, o, hələlik özünə 2 yardımçı götürüb.
Bunlar onunla "Şamaxı"da bərabər çalışan şəxslərdir.
Belə ki, Elnur Çodarov və Kamil Qafarov indən belə həm klubda, həm də U-21-də Abbasovun "staf"ını təşkil edəcək. Çodarov əsas köməkçi vəzifəsini yerinə yetirəcəksə, Qafarov qapıçılarla işləyəcək.
Məşqçi korpusuna daxil olacaq digər mütəxəssislərinə kimliyinə isə ən qısa zamanda aydınlıq gələcək.
SPORTİNFO.AZ