
Azərbaycanın çimərlik futbolu millisi Bakıda Rusiyadan "Krasnodar" ilə yoldaşlıq matçı keçirəcək.
Sportinfo.az xəbər verir ki, may ayında “Krasnodar” təlim-məşq toplanışı üçün Azərbaycana gələcək.
Rusiya klubu Bakıda hazırlıq keçəcəyi müddətdə Azərbaycan millisi ilə qüvvəsini sınayacaq.
Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq.