.jpg)
"Haiti çox yaxşı, keyfiyyətli komandadır".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis yoxlama oyununda qarşılaşacaqları Haiti millisini dəyərləndirib:
"Rəqib FİFA reytinqində bizdən 30 pillə irəlilədir. Sadəcə, danışıqlar aparıldı və seçildi.
Biz gələcəyin milli komandasını qurmaq istəyirik. Bu komandanı təkcə qələbə qazanmaq üçün seçməmişik.
Əgər elə bir niyyətimiz olsaydı, Haitini yox, Monqolustanı seçərdik".
Millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.