
Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Millimiz B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq.
Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.