
Azərbaycan komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirlib ki, konfrans martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında gerçəkləşəcək.
Mətbuat konfransında komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.