Azərbaycan millisi dünya çempionatının 1-ci səbətində

6 Mart 22:40 Milli komanda 160
Azərbaycan millisi dünya çempionatının 1-ci səbətində

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, mərasim martın 12-də keçiriləcək. Bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

Tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

Bildirilib ki, püşkatma mərasiminin yeri və başlama vaxtı haqda daha sonra məlumat veriləcək.

Püşkatma üçün səbətlərin tərkibi isə belədir:

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Digər Xəbərlər
Xəbər Lenti