Yığmamızın baş məşqçisi yadlarına düşdü, yaxşı söz demədilər

5 Mart 13:40 Milli komanda 229
Yığmamızın baş məşqçisi yadlarına düşdü, yaxşı söz demədilər

Türkiyə mətbuatı “Beşiktaş”ın Ole Qunnar Sulşerin rəhbərliyi altında qazandığı qələbə seriyasından yazarkən, Azərbaycan millisinin baş məşqçisi, əvvəllər “qara qartallar”ın çalışdırıcısı kimi işləmiş Fernandu Santuşu də xatırlayıblar.

Sportinfo.az xəbər verir ki, “le-bois.com” portalı millimizin baş məşqçisinin vaxtında “Beşiktaş”ın uğursuz olmasından yazıb:

"Beşiktaş”ın baş məşqçisi Ole Qunnar Sulşer Slaven Biliçdən sonra İstanbul komandasına Super Liqada ardıcıl 4 qələbə qazandıran ilk əcnəbi mütəxəssis olub.

Buna komandanın digər əcnəbi məşqçiləri - Valerien İsmael, Fernandu Santuş və Covanni Van Bronkhost nail ola bilməyib. İsmael və Bronkhorstun rəhbərliyi altında "Beşiktaş" ardıcıl cəmi üç qələbə seriyası yaşamışdı".

Fernandu Santuş 2024-cüil yanvarın 8-də “Beşiktaş”a baş məşqçi təyin edilmiş, aprelin sonunda isə komandadan ayrılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti