
Azərbaycan millisinin Belarus ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Millimiz rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Komandamız iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoldaşlıq oyununa çıxacaq.