Millimiz uduzmadığı məkana bir də qayıdır

26 Fevral 02:50 Milli komanda 362
Millimiz uduzmadığı məkana bir də qayıdır

Azərbaycan millisi iyunun 7-də qarşılaşacağı Latviya ilə 6-cı dəfə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, futbolçularımız Baltikyanı ölkə təmsilçisi ilə 5 dəfə üz-üzə gəlib.

Bu oyunların yarıdan çoxu heç-heçə başa çatıb. İlk üç görüşdə komandalar sülhlə ayrılıblar.

Bərabərliklərin üçü də Riqada gerçəkləşib. Rəqiblərin 4-cü dueli də Latviyanın paytaxtında baş tutub. Millimiz heç-heçə sindromunu qıraraq qələbə qazanıb.

Son görüş isə ilk dəfə Riqadan kənarda keçirilib. Maltadakı yoldaşlıq görüşündə latviyalılar qalib gəliblər.

Bir sözlə, 5 matçda 1 qələbə və 1 məğlubiyyəti olan millimiz 3 heç-heçə edib. 5 qol vuran komandamız 4 top buraxıb.

Yığmalar bu dəfə də Riqada görüşəcək ki, millimiz bu şəhərdəki 4 matçda uduzmayıb. Səfərdə 1 qələbəsi olan yığmamız üç heç-heçə edib.

İyunun 7-də Riqada keçiriləcək Latviya – Azərbaycan oyununun stadionu və başlama saatı dəqiqləşməyib.

19 avqust 1997. Riqa. Latviya – Azərbaycan - 0:0
6 iyul 2002. Riqa. Latviya – Azərbaycan - 0:0
6 iyun 2004. Riqa. Latviya – Azərbaycan - 2:2
9 iyun 2018. Riqa. Latviya - Azərbaycan - 1:3
29 mart 2022. Malta. Azərbaycan – Latviya - 0:1

Digər Xəbərlər
Xəbər Lenti