
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
A millimiz Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada keçiriləcək.
Bildirilib ki, matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.
Millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.