Özbəkistana uduzduq, üçüncü yer əlimizdən çıxdı

01:00 Milli komanda 161
Özbəkistana uduzduq, üçüncü yer əlimizdən çıxdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokuna son matçına çıxıb.

U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlk yarıda qol buraxan İlham Yadullayevin yetirmələri fasilədən sonra hesaba tarazlıq gətirib.

Lakin matçın sonlarında daha bir qol vuran Asiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Öz qruplarında ikinci yeri tutanların duelində uduzan yığmamız turniri 4-cü yerdə başa vurub.

Komandamızqrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"