
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna millisində baş məşqçi dəyişikliyi baş tuta bilər.
Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası (UAF) millinin çalışdırıcısı Sergey Rebrovu istefaya göndərəcək.
Bu iddia ilə ukraynalı idman şərhçisi İqor Çıqanık çıxış edib:
"Sergey Rebrov futbol əfsanəsidir. O, milli komandanı çalışdırmağa layiqdir.
İndi də onu oradan çıxarmaq üçün hər şeyi edirlər. Bütün insanlar.
Nəyə görə, Rebrov UEFA-nın Konqresinə UAF nümayəndəsi kimi getmir? O, görkəmli insandır, ingilis dilini çox gözəl bilir, bir çox ölkələrdə işləyib.
İndi federasiyada Rebrovun vitse-prezident və millinin baş məşqçisi postundan uzaqlaşdırılması üçün işlər gedir”.
Ukrayna və Azərbaycan millilərinin oyunları sentyabrın 9-da və oktyabrın 13-də keçiriləcək.