Azərbaycan millisinin baş məşqçisi bu klubları tənqid etdi

19 Fevral 01:20 Milli komanda 773
Azərbaycan millisinin baş məşqçisi bu klubları tənqid etdi

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliyanın “Benfika” və “Sportinq” klublarını “Portu”nun sabiq prezidenti Jorje Nuno Pintonun vəfatı ilə bağlı başsağlığı vermədiklərinə görə tənqid edib.

Sportinfo.az “Renessans”-a istinadən xəbər verir ki, Santuş məsələ haqda bunları yazıb:

“Portu” azarkeşləri və nümayəndələri üçün belə böyük itkini nəzərə alaraq, təəssüf ki, onlar hələ də başsağlığı göndərməyib”.

Pintonun prezidentliyi dövründə Santuş “Portu” ilə çempion olub və bundan sonra yaxın dostluqları yaranıb:

“Bizim çoxlu ailəvi nahar və şam yeməyimiz oldu ki, bunlar işlə bağlı olmayan, əsasən həyat haqqında söhbətlər idi.

Ata və oğul arasında belə bir münasibət yaratdıq. Bütün bunlar məndə mütləq iz buraxdı”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”