
Portuqaliya mətbuatı Azərbaycan millisinin hazırkı baş məşqçisi Fernandu Santuşun 1998/1999 mövsümündə sükanı arxasına keçdiyi “Porto”nun çalışdırıcısı kimi fəaliyyətini xatırladıb.
Sportinfo.az xəbər verir ki, “SIC Noticias” nəşri millimizin baş məşqçisi haqda bunları qeyd edib:
“Porto” ardıcıl beş çempionluq qazanan ilk və yeganə Portuqaliya klubudur.
1998/1999 mövsümündə Pinto da Kosta ardıcıl beşinci dəfə ölkə çempionluğunu qazanmaq məqsədi ilə “Estrela”dan Fernandu Santuşun izi ilə getdi.
Nəticədə ixtisasca elektrik mühəndisi olan Fernandu Santuş çempion olmağı bacardı və "Pentanın mühəndisi" ləqəbini aldı.
O, daha iki mövsüm “Porto”da qaldı, lakin yenidən daxili çempionluğu qazana bilmədi. Onu 2001-ci ildə Oktavio Maçado əvəz etdi”.