
“Düşünürəm ki, bu qələbə qapıçı və ya bir futbolçu ilə bağlı deyil”.
Sportinfo.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Elbrus Kərimov deyib.
Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf kubokunun İranla matçının ən yaxşısı seçilən qolkiper qarşılaşma barədə fikirlərini bildirib:
“Hər birimiz yaxşı oynadıq. Komanda yoldaşlarımın hər birinə təşəkkür edirəm.
Biz bir-birimizə inandıq və mübarizə apardıq. Əzmkarlıq nümayiş etdirdik.
Dünənki matçdan sonra bərpa olunmaq üçün vaxt yox idi. Ölkəmiz, vətənimiz, valideynlərimiz və yaxınlarımız üçün oynayırıq ki, onları sevindirək”.
ilk turda Rusiyaya 0:3 hesabı ilə uduzan millimiz bu gün İrana qalib gəlib – 1:0.