“Amin” dedik, millimiz İrana qalib gəldi

18 Fevral 02:10 Milli komanda 251
“Amin” dedik, millimiz İrana qalib gəldi

Azərbaycan U-17 millisi UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3.

Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti